Tanınmış aktyorun bu videosuna 14 milyon dəfə baxdılarbackend

Tanınmış aktyorun bu videosuna 14 milyon dəfə baxdılar

Hollivud aktyoru Dueyn Consonun qızı ilə çəkdirdiyi görüntüləri sosial şəbəkədə trendə çevrilib.

KONKRET.az xəbər verir ki, video ulduzun İnstagramdakı səhifəsində yayılıb.

Mənbə bildirir ki, videoda aktyor iki yaşlı qızı Tiananın əllərini yumağın “ritualını” göstərir. Conson “Moan” cizgi filminin rep hissəsini ifa edir, oynaq ritmlə qızının əllərini yuyur və onunla oynayır.

Conson bütün izləyiciləri gigiyenaya riayət etməyə və sağlam qalmağa çağırıb.

Qeyd edək ki, yarım gün ərzində video 14 milyondan çox izlənilib və aktyorun abunəçiləri bundan məmnun qalıblar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*