Tanınmış biznesmen DƏHŞƏTLİ qəzaya düşdü – FOTOLARbackend

Tanınmış biznesmen DƏHŞƏTLİ qəzaya düşdü - FOTOLAR

Rusiyanın paytaxtı Moskvada baş vermiş yol-nəqliyyat hadisəsi diqqət çəkib. 2024-cü il buraxılışı olan Ferrari Roma markalı lüks idman avtomobili Geely ilə toqquşmadan sonra yoldan çıxaraq körpüdən aşıb.

KONKRET.az xəbər verir ki, Ferrari-nin sükanı arxasında tanınmış İT biznesmeni Sergey R. olub. O, süni intellekt sahəsində kompleks texnoloji həllərin hazırlanması və tətbiqi ilə məşğuldur, həmçinin Rusiya şirkətləri üçün bu texnologiyaları inteqrasiya edir. Bundan başqa, iş adamı SVO zonasına humanitar yardım da çatdırır. O, əvvəllər məşhur HeadHunter platformasında top-menecer vəzifəsində çalışıb.

Hadisə yerində verdiyi açıqlamada Sergey R. bildirib ki, qəzanın əsas səbəbi Geely-nin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq həyətindən magistral yola düzgün çıxmaması olub: “Dedi ki, mən həmişə belə çıxıram həyətimdən”.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Ferrari sürücüsü tibbi yardımdan imtina edib. Qeyd edək ki, Ferrari Roma avtomobilinin dəyəri təxminən 30–50 milyon rubl (təxminən 570–950 min manat) təşkil edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*