Dubay polisi Niderland millisinin sabiq futbolçu Kvinsi Promesi öz evində həbs edib.
KONKRET.az bildirir ki, bu barədə “Qafqazinfo” “De Telegraf”a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, həbs idmançının Niderlanda ekstradisiyası tələbi ilə bağlıdır.
Dubayda istintaq təcridxanasına yerləşdirilən futbolçu Kral Hərbi Polisinin nəzarəti altında Niderlanda aparıla bilər və o, 7 il yarım həbs cəzası çəkməli olacaq.
Qeyd olunur ki, 2024-cü ildə Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Fevralın 16-da niderlandlı beynəlxalq axtarışa verilib. O, həmçinin ailə məclisi zamanı əmisi oğluna bıçaqla hücum etdiyi üçün 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Promesin daha öncə Rusiya “Spartak”ında çıxış edib. 2024-cü ildə onun başa çatan müqavilə yeniləməyib. Promes daha sonra BƏƏ-nin İkinci Liqasında çıxış edən “Dubay Yunayted”lə anlaşıb. O, vaxtilə “Ayaks” və “Sevilya” kimi klublarda da çıxış edib.