Tanınmış futbolçu qol vurandan sonra öldübackend

Tanınmış futbolçu qol vurandan sonra öldü

Serbiya millisinin keçmiş futbolçusu Deyan Milovanoviç veteranlar arasında keçirilən oyun zamanı dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, 41 yaşlı futbolçu “Srvena Zvezda”nın veteranlar komandasında meydana çıxıb. O, oyun zamanı infarkt keçirib.

Milovanoviç qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib. Hadisə yerinə gələn tibb briqadası onu xilas edə bilməyib.

Qeyd edək ki, futbolçu karyerası dövründə Milovanoviç Serbiyanın “Srvena Zvezda” və “Vojdovac”, Fransanın “Lans”, həmçinin Yunanıstanın “Panionios” klublarında çıxış edib. Deyan 2006-cı ildə Serbiya çempionatının ən yaxşı futbolçusu seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*