Tanınmış futbolçuda dopinq aşkarlandıbackend

Tanınmış futbolçuda dopinq aşkarlandı

Ukrayna millisi və Kiyev “Dinamo”sunun hücumçusu Artyom Besedin dopinq qəbul etməkdə şübhəli bilinir.

KONKRET.AZ xəbər verir ki, “Dinamo”ya Besedinin antidopinq qaydalarını pozması ilə bağlı UEFA-dan məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırılır.

Qeyd edək ki, bu mövsüm Besedin keçirdiyi 23 oyunda 8 qol vurub və bir məhsuldar ötürmə edib.

İndiyə qədər isə Ukrayna millisinin heyətində keçirdiyi 12 oyunda 8 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*