Tanınmış futbolçunun rus həyat yoldaşı: məni ölümlə hədələyirlərbackend

Tanınmış futbolçunun rus həyat yoldaşı: məni ölümlə hədələyirlər

Moskva “Spartak”ının braziliyalı keçmiş yarımmüdafiəçisi Luis Adrianonun həyat yoldaşı Yekaterina Dorojko həyatına təhdidlər olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu haqda “İnstagram”da müvafiq post yerləşdirib.

Dediyinə görə, hər gün sosial şəbəkələrdən ona ölüm və xəstəlik arzuları ilə onlarla mesaj gəlir.

Dorojko, eyni zamanda hazırda “Palmeiras”ın şərəfini qoruyan Luis Adrianonun dəri rənginə görə də tez-tez təhqir edildiyini bildirib.

Xatırladaq ki, braziliyalı “Spartak”da 2017-ci ildən 2019-cu ilədək oynayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*