Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Reporta-a onun yaxınları məlumat verib.
Qeyd olunub ki, ürəyində problemlər yaranan 64 yaşlı F.Qəribov bu yaxınlarda Türkiyədəki xəstəxanalardan birində əməliyyat olunub.
O, Azərbaycana qayıtdıqdan bir neçə gün sonra isə dünyasını dəyişib.
F.Qəribov bu gün Binə qəbiristanlığında torpağa tapşırılacaq.