Tanınmış jurnalist “Azercell”dən şikayət etdi: “Dəhşətə gəldim”backend

Tanınmış jurnalist “Azercell”dən şikayət etdi: “Dəhşətə gəldim

“Xəbəriniz olsun ki, internetdən istifadə “ucuzlaşıb”. Niyəsini indi izah edirəm. Dünən itmiş nömrənin yenisini çıxardım. Elə istədim ki, telefona taxıb istifadə edim, yalançı olmayım, 5-6 dəqiqə olardı. Mobil interneti söndürdüm, vay-faya qoşulduq. Bir az keçmiş mesaj gəldi ki, son istifadə 27 manat. Dəhşətə gəldim. Heç internetə də daxil olmadıq…”

KONKRET.az xəbər verir ki, bunu tanınmış jurnalist Ceyhun Səfər bildirib.

“Müvafiq mobil operatora – “Azercell”ə zəng etdim, dedilər ki, proqram yenilənməsinə və s. elə çıxılır, 1 MB 20 qəpik. Cavab verməyə söz tapmadım. 1 MB 20 qəpik, 1 kubmetr qaz da 20 qəpik. Daha nə oldu ki…” – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*