Tanınmış müğənni həbs oluna bilər – Baş Prokurorluq ƏMR VERDİbackend

Tanınmış müğənni həbs oluna bilər - Baş Prokurorluq ƏMR VERDİ

Tanınmış gürcü əsilli rusiyalı müğənni Valeri Meladze həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğundan müvafiq əmr daxil olub. Moskva prokurorluğu Valeri Meladzeni Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsinə görə yoxlayacaq.

Bundan əvvəl Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə ictimai təşkilatının rəhbəri Vitali Borodin baş prokuror İqor Krasnova müraciət göndərib.

“Meladze dəfələrlə Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ını tənqid edib, həmçinin BƏƏ-də korporativ parti zamanı Ukrayna millətçilərinin şüarını səsləndirib”, – deyə Borodin müraciətində yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*