Tanınmış neftçi-alimin oğlu vəfat etdi – FOTObackend

Tanınmış neftçi-alimin oğlu vəfat etdi – FOTO

Tanınmış neftçi-alim Aydın Kələntərlinin oğlu Azər Kələntərli vəfat edib.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.

Bir vaxtlar Bakıdakı ən böyük özəl nəşriyyatın sahibi olan Azər Kələntərli qəfil vəfat edib.

Qeyd edək ki, 2010-cu ildə paytaxtdakı genişmiqyaslı söküntü işləri zamanı Kələntərli ailəsinə məxsus nəşriyyat da sökülüb. Həmin vaxt onlar Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 3 milyonluq iddia qaldırıblar. Bununla yanaşı həmin dövrdə ailə Azərbaycanı tərk edərək ABŞ-yə köçüb. Bir müddət sonra isə Azər Kələntərlinin 3 oğlundan ikisi ABŞ-nin Ohayo şatatında maliyyə fırıldağı ilə əlaqədar həbs olunublar. Onlar 7 milyonluq kredit fırıldağında ittiham ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*