Tanınmış sosioloq bu aparıcıları TƏNQİD ETDİ: “Atlarını sağa-sola çapırlar”backend

Tanınmış sosioloq bu aparıcıları TƏNQİD ETDİ: "Atlarını sağa-sola çapırlar"

“Televiziyalarda senzuranın olması mütləqdir. Aparıcıların yaratdığı xaotik vəziyyətdən yalnız senzura vasitəsilə xilas olmaq mümkündür. Bəzi aparıcılar efirdə ağzından çıxan sözlərə cavabdeh deyil.“

Bu fikirləri KONKRET.az-a açıqlamasında sosioloq Lalə Mehrəli səsləndirib.

Sosioloq: Sifarişlə hədiyyə tələb edən müəllimlər də var

“Xüsusi kriteriyalar tətbiq edilməlidir. Aparıcı işləyə bilmək üçün həmin kriteriyalara cavab verilməlidir. Bu gün xarici görünüşünə, sponsor cəlb edə bilmə bacarığına görə efirlərdə at oynadan aparıcıların sayəsində xaotik vəziyyət formalaşır. İnsanlar aparıcıların ağzından çıxan hər bir sözü normal qəbul edirlər. Aparıcı hakim, müstəntiq, istintaqçı deyil. Efirə dəvət etdiyi vətəndaş haqqında mühakimə yürüdə bilməz. Ancaq təəssüf ki, bu gün bəzi aparıcılar efirdə hüquqi prosedurlar həyata keçirirlər. Hakim kimi qərar qəbul edirlər. İnsaların gözündə efirdəki aparıcılar qılıncının önü də, arxası da kəsən şəxslər kimi canlanır. Onlar bu haqqı özlərində görməməlidir. Televiziyalar belə aparıcılara şərait yaradırlar. Onlar da öz “atlarını sağa-sola çapırlar”.

Sosioloq qeyd edir ki, aparıcı efirdə yalnız verilişi idarə etmək üçün mövcuddur:

“Tamaşaçılar verilişlərə baxıb reytinqləri qaldırmaqla o aparıcılara şərait yaradırlar. Ona görə də senzura tətbiq edilməlidir. Biz efirdəkilərinməntiqsiz danışıqlarına qulaq asmaq məcburiyyətində deyilik. Aparıcıların sərhədləri olmalıdır. Aparıcılara bütün imkanlar yaradılıb ki, efirdə bu xalqın mədəniyyətinə, incəsənətinə, mənəviyyatına, həyasına, namusuna dil uzatsınlar. Mənəviyyatın korlanmasında birinci səbəbkarlar məhz təsadüfi aparıcılardır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*