Tanınmış yazıçıdan SƏRT TƏNQİD: “Azərbaycan sənətçisinin onurğası yoxdur, Amorfdur”backend

Tanınmış yazıçıdan SƏRT TƏNQİD: "Azərbaycan sənətçisinin onurğası yoxdur, Amorfdur"

“Alim rep demir, ortaq bir ritm tutub səhnəyə çıxır, onu göstərir və düşür.”

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış yazıçı Şərif Ağayar səsləndirib.

O, intonasiyanın, ahəngin, ritmin mahir ustadıdır. Dəlilik həddində bilir və duyur. Bu heç. İkinci, rep oxusa belə eyib deyil. Elton Con sahildə konset verib, pianosunu yandırdı, indi deyək, yüngüllük edib? Nəhayətində Alim də bir sənət, bir şou adamıdır. Rep də deyə bilər, meyxana da, lap yanıltmac da. Məsələ bunda da deyil. Məsələ Azərbaycanın məşhur sənət adamlarının əksəriyyətinin mahiyyətcə manıs olmasındadır: ictimai mövqeləri yox, kitab oxumurlar, pul-parasını, ev-eşiyini, orden-medalını ver, qabağında “İnnabı” oynasın… Bunun Manafı da belədir, Alimi də, Nəriman Həsənzadəsi də… Onurğası yoxdur Azərbaycan sənətçisinin. Amorfdur. Hər qaba doldura bilərsən. Bax əsl dərd budur. Bu dərdin qarşısında Alimin rep deməsi bunun yanında elə rep deməkdir,”- yazıçı vurğulayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*