Tanınmış ziyalıdan Mübariz Mənsimovun azadlığa çıxması xəbərinə – REAKSİYAbackend

Tanınmış ziyalıdan Mübariz Mənsimovun azadlığa çıxması xəbərinə - REAKSİYA

Qulu Məhərrəmli: “Məşhur bir azərbaycanlının ədalətsiz yerə Türkiyədə həbsdə qalması xoşagələn hal deyildi”.

Bu gün İstanbul Ədalət Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib. Qərara əsasən, Mübariz Mənsimov 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Bu xəbər həm Azərbaycanda, həm də qardaş Türkiyədə yaşayan insanların sevincinə səbəb olub.

Vaxtilə Mübariz Mənsimovun azadlığa buraxılması üçün müraciət edən ziyalılardan biri, tanınmış jurnalist, professor Qulu Məhərrəmli azərbaycanlı iş adamının azadlığa buraxılması ilə bağlı təəssüratlarını KONKRET.az-la bölüşüb: “Özümüzə borc bildik ki, xeyriyyəçi kimi tanınan azərbaycanlı iş adamının günahsızlığı üçün Türkiyə ədliyyə sistemi fəaliyyət göstərsin. Əlbəttə, çox sevinirik. Əvvəla, məşhur bir azərbaycanlının ədalətsiz yerə Türkiyədə həbsdə qalması xoşagələn hal deyildi. Çünki istər Türkiyədə, istərsə də Azərbaycanda Mübariz Mənsimovu sevənlər çoxdur. Nə yaxşı ki, Türkiyə ədliyyə sistemi çox dürüst işlədi və Mənsimovun günahsızlığını sübut etmək mümkünləşdi. Onun cəzasını ev həbsi ilə əvəzləyiblər. Bunun özü Mənsimovun üzərində ağır şübhələrin olmadığına dəlalət edir. Buna görə də çox sevinirik”.

Oxu.az - Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında nöqsanlar hələ də var

Qulu Məhərrəmlinin sözlərinə görə, qərar əksinə olsaydı, o zaman müəyyən insanların ürəyində Türkiyəyə münasibətdə bir çat yaranardı: “Sevinirik ki, məhkəmə məhz bu cür qərar çıxardı. Mübariz Mənsimovun yaxınlarına və onu sevənlərə gözaydınlığı veririk. Onun bundan sonra da həm Türkiyə iqtisadiyyatının möhkəmlənməsinə, həm də Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verəcəyinə inanırıq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*