Tanzaniyada bərə qəzası: 9 ölü, 51 yaralı varbackend

Tanzaniyada bərə qəzası: 9 ölü, 51 yaralı var

Tanzaniyanın Tanganyika gölündə bərə qəzasında azı 9 nəfər ölüb, daha 51 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi 26 iyun cümə günü yerli polisə istinadən məlumat yayıb.

Kigoma şəhərindəki polis kapitanı Martin Otienonun sözlərinə görə, hadisə bu gün səhər saat 05:00 radələrində baş verib.

İlkin məlumatlara görə, göyərtəsində 60 sərnişin və ekipaj olan bərə fırtına nəticəsində aşıb.

“Ölənlərin cəsədləri sudan qaldırıldı” deyən polis məmuru yeddi cəsədin qadınlara, daha ikisinin kişilərə aid olduğunu söyləyib.

Xatırladaq ki, iki il əvvəl Tanzaniyada MV Nyerere bərəsi Viktoria gölündə aşdığı zaman ən azı 207 nəfər ölüb. Yük daşıyan gəminin göyərtəsində 300 nəfərdən çox insan olub. Eyni zamanda, bərə maksimum 100 nəfər və 25 ton yük üçün nəzərdə tutulubmuş. 40-dan çox sərnişin xilas edilib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*