Tarixdə bu gün necə yadda qalıb? – HADİSƏLƏRbackend

Tarixdə bu gün necə yadda qalıb? - HADİSƏLƏR

KONKRET.az yeni rubrikanı oxucularına təqdim edir. Beləliklə, tarixdə 30 oktyabrda nə baş verib?

 

  • 1914 — Birinci dünya müharibəsinin əsas döyüşlərindən olan İpr döyüşü başladı
  • 1918 — Osmanlı dövləti ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Qafqazdakı türk qoşunları geri çəkilməli idi.

30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi “HMS Agamemnon” gəmisində imzalanıb. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci Dünya Müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilib.

  • 1941 — İkinci dünya müharibəsi: ABŞ SSRİ-yə 1 milyard dollar dəyərində hərbi-texniki yardım ayırdı.
  • 1956 — Böyük Britaniya, Fransa və İsrail Misirdən Süveyş kanalını 12 saat ərzində tərk etməsini tələb etdilər.
  • 1961 — SSRİ Yeni Torpaq adasında tarixdə ən güclü hidrogen bombası sınağını keçirdi.
  • 1967 — İlk dəfə 2 kosmik gəmi (“Kosmos-186” və “Kosmos-188”) açıq fəzada birləşdilər.
  • 1974 — Məhəmməd Əli boks üzrə dünya çempionu olub.
  • Dieqo Maradonanın ad günü. 1960-cı ildə qalmaqallı argentinalı futbol ulduzu, 1986-cı ildə dünya çempionu olan Dieqo Armando Maradona anadan olub.
  • 1959-cu ilin bu günü Türkiyə ABŞ-ın raket bazasının öz ərazisinə yerləşdirilməsinə razılıq verdi.
  • 1959-cu ildə Stanleyvildə müstəqillik tərəfdarları ilə polis arasında baş verən qarşıdurmadan sonra 30 nəfər öldürüldü. Elə həmin gün Konqo Milli Hərəkatının lideri Patrik Lumumba Belçika müstəmləkə hakimiyyəti tərəfindən həbs edildi.
  • 1696-cı ildə Böyük Pyotrun təkidi ilə Rusiya Hərbi Dəniz Qüvvələri quruldu.
  • 1949-cu ilin bu günü Sovet İttifaqının ABŞ-da atom bombasını sınaması ilə bağlı xəbərlər aldıqdan sonra atom layihəsinin daha da inkişaf etdirilməsi – hidrogen bombasının yaradılması ilə bağlı gizli müzakirə başladı. Robert Oppenhaymer ABŞ-ın Atom Enerjisi Komissiyasının başçılıq etdiyi Baş Məşvərət Komitəsində super bombanın soyqırım silahına çevriləcəyini iddia edərək proqrama qarşı çıxdı. Komitənin hidrogen bombasının istehsal edilməməsi ilə bağlı rəyinə baxmayaraq, Baş Qərargah rəisləri, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasının xüsusi alt komitəsi, hidrogen silahının inkişafının davam etməsi qənaətinə gəldi. 1954-cü ildə Oppenhaymer, bütün vəzifələrindən xəyanət ittihamı ilə çıxarıldı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*