Tarixi binaların üzərindəki reklam lövhələri söküldübackend

Tarixi binaların üzərindəki reklam lövhələri söküldü

Gəncədə yerləşən tarixi memarlıq abidələrinin fasadlarında qanunsuz yerləşdirilmiş reklam lövhələri demontaj edilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Məlumata əsasən, bu mərhələdə reklam yayımı dayandırılan obyektlərin sayı 30-a yaxın, demontaj olunan reklamların sayı isə 40-dan çox olub. Tarixi abidələrin fasadlarına xələl gətirən reklamların aradan qaldırılması ilə yanaşı obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib.

“Məqsəd tarixi memarlıq abidələrinin ilkin görünüşünün qorunması, açıq məkanda estetik reklam mühitinin formalaşdırılması və qanunvericiliyin tələblərinə cavab verməyən kommersiya məqsədli reklamların yayımlanmasının qarşısının alınmasıdır. Gəncə Regional Reklam İdarəsi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdiriləcək”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*