Tarixi missiya tamamlandı – Çinin “Change-6” aparatı Yerə qayıdırbackend

Tarixi missiya tamamlandı - Çinin "Change-6" aparatı Yerə qayıdır

Çinin mayın 3-də Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrini toplamaq üçün kosmosa göndərdiyi “Chang’e-6” rover cihazı topladığı nümunələrlə Yerə qayıdıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aparat 2 kiloqram Ay tozu və qaya nümunələri toplayıb. Toplanan nümunələr Çin alimləri tərəfindən təhlil edildikdən sonra beynəlxalq alimlərə onların analizinə icazə veriləcək.

Mütəxəssislər nümunələrin təhlilinin nəticələrinin alimlərə Ay, Yer və Günəş sisteminin təkamülünə yeni nəzər salmağa kömək edə biləcəyini deyib. Mütəxəssislər həmçinin bildiriblər ki, əldə edilən nəticələr Çinin Aydakı resurslardan istifadə edərək oradakı kəşfiyyatlarını genişləndirməyə kömək edə bilər.

Çin üçün əlamətdar olan missiya həm də Pekin administrasiyasının 2030-cu ilə qədər Aya astronavt göndərmək və Ayın cənub qütbündə tədqiqat bazası qurmaq planlarının əsasını təşkil edir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*