Tarixin bu günü terrorçular Şuşanın Göytala kəndinə basqın edirlər – GÜNBƏGÜNbackend

Tarixin bu günü terrorçular Şuşanın Göytala kəndinə basqın edirlər - GÜNBƏGÜN

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı. Həmçinin yayılan məlumatlarda bildirilirdi ki, bu səfərlər noyabr ayının 18-19-dan vüsət alacaqdı.

Ona görə də, ermənilərin illər boyu xalqımıza qarşı törətdiyi silsilə cinayətlər və terrorçuluq fəaliyyəti barədə müxtəlif illərdə 18-19 noyabr tarixində bizə qarşı işlətdikləri cinayətləri xatırlatmaq istədik.

Xatırladaq ki, Mığrı türk tayfasından olan Böyük Alban hökmdarı Cavanşirin 681-ci ildə zəhərlənməsindən başlayaraq, onun varisi Şeruya və onun yaxın adamlarına qarşı qətllər törədən erməni terrorçuları öz mənfur əməllərinə fasilə vermədən dəhşətli qətllər törədiblər.

Təkcə 1970-1980-ci illərdə türk səfirliyi əməkdaşlarına və türklərə qarşı 220-də çox terror aktı törətmiş erməni terrorçularının əməllərini faş edən xronologiyanı bilmək, unutmamaq, unutdurmamaq və bütün dünyaya çatdırmaq hər kəsin borcudur.

Oxuyun, yadda saxlayın, yayın!

Yayın ki, müxtəlif zamanlarda erməni terrorunun qurbanlarının ruhu qarşısındakı borcumuzu az da olsa, ödəmiş olaq.

18 noyabr 1905-ci il

Erməni terrorçuları Gəncə şəhərinin 2-ci sahəsində Toğana kənd sakinləri Məşədi Əli Məhəmmədəli oğlunu və Mehralı Zeynal oğlunu qətlə yetirirlər.

18 noyabr 1990-cı il

Erməni terrorçuları Şuşanın Göytala kəndinə basqın edirlər, nəticədə V.Bayramov güllə yarası alır.

18 noyabr 1991-ci il

Xocavənd rayonunun Xocavənd kəndi Qərvin qəsəbəsində yerləşən erməni terrorçuları tərəfindən aramsız atəşə tutulur. Terrorçular 4 ədəd BTR-in müşaiyəti ilə kəndə girirlər. Kənddəki 32 evi yandırırlar, ictimai binaları dağıdırlar. Kənd sakini Teymur Babayev və onun qızı, beş övlad anası Adilə Babayeva qətlə yetirilir. 65 yaşlı Dilbər Babayeva və 10 yaşlı Ceyhunə Babayeva ağır güllə alır.

18 noyabr 1979-cu il

Fransada ASALA tərəfində “Lufthanza” və “Turkish Airlines”in ofisində partlayış törədilir, 3 nəfər ağır xəsarət alır.

19 noyabr 1988-ci il

Erməni terrorçuları Vedibasarın Yersax kəndinə basqın edirlər. Xeyli sayda dinc kənd sakinlərinə bədən xəsarəti yetirirlər. Yaralıları Naxçıvana aparan maşınlar gülləbaran edilir. Bir həftə ərzində Vedibasardan 24 min azərbaycanlı yurd-yuvasından qovulur, isti ocağından didərgin salınır.

19 noyabır 1990-cı il

Ermənilər Xankəndində vilayət prokurorluğunun baş müstəntiqi Siyasət Əliyevi işlədiyi binanın qabağında tutaraq, üstünə bıçaq çəkirlər. Müstəntiq bir neçə bıçaq yarası ilə ağır vəziyyətdə xəstəxanaya düşür.

19 noyabr 1991-ci il

Erməni terrorçuları Xocavəndin Xocavənd kəndinə yenidən basqın edirlər. Nəticədə dörd nəfər dinc sakin həlak olur, 24 nəfər itkin düşür. Sağ qalan 1460 nəfərlik əhali bir nəfər kimi kəndi tərk edir. Kənd canlı aləmdən təcrid olunur.

19 noyabr 1984-cü il

Vyanada “BMT-nin sosial və humanitar məsələr üzrə mərkəzi”-nin Vyana şöbəsinin əməkdaşı Evner Ergün qətlə yetirilir.

19 noyabr 1980-ci il

İtaliyada, Roma şəhərində ASALA tərəfindən Turkish Airlinesin ofisində partlayış törədilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*