Tramp ABŞ və Yaponiya arasında “tarixdəki ən böyük” razılaşmanı elan edib.
KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaponiya ilə Amerika arasında 550 milyard dollarlıq yeni investisiya razılaşmasının əldə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu müqavilə şəxsən onun təşəbbüsü ilə baş tutub və əldə ediləcək gəlirin 90%-i birbaşa ABŞ-a çatacaq. Tramp qeyd edib ki, yeni saziş ABŞ-da yüz minlərlə yeni iş yerinin yaradılmasına səbəb olacaq.
Bundan əlavə, Tramp bildirib ki, Yaponiya ABŞ-ın xeyrinə 15% gömrük rüsumu ödəməyi də qəbul edib.
Müşviq Tofiqoğlu
KONKRET.az