backend

Tatevik Ayrapetyan: “Nikolun təbliğatının ölkə xaricində heç bir dəyəri yoxdur”

“Jozef Borrell sübut etdi ki, Paşinyanın tezisləri yalandır və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan indiki hakimiyyətdir”

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycanşünas alim Tatevik Ayrapetyan “Alpha News”a müsahibəsində bildirib.

O daha sonra vurğulayıb: “İlk dəfə Josef Borrell qeyd etdi ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan indiki hökumətdir. Təbii ki, Josef Borrell bunu alqışlayır, çünki tanınma hər kəsin işini asanlaşdırır. Bunun müqabilində isə həmin qərar Qarabağda yaşayan soydaşlarımızın həyatını və Ermənistan dövlətçiliyini təhlükə altına alır”.

“Nikol Paşinyanın istinad etməyi sevdiyi eyni Madrid prinsipləri Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu açıq şəkildə təsbit edib. Əgər Azərbaycan bununla razılaşsaydı, o zaman Qarabağ müstəqillik qazanardı. Bu, bir faktdır. Və orada yazılanları bütün beynəlxalq tərəfdaşlar bilir. Qalan hər şey Nikol Paşinyanın təbliğatıdır ki, o da yalnız Ermənistan daxilində işləyir və ölkə xaricində heç bir dəyəri yoxdur”, – deyə azərbaycanlı alim fikrini yekunlaşdırıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*