Tatevik Revazyan: “Ermənistandan 8 yeni marşrutun istifadəyə verilməsi planlaşdırılır”backend

Tatevik Revazyan: "Ermənistandan 8 yeni marşrutun istifadəyə verilməsi planlaşdırılır"

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Ermənistan hava marşrutlarının sayını artırmaq niyyətindədir. Məqsəd isə ölkəyə və Dağlıq Qarabağa turist axınını təmin etməkdir. Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan bildirib ki, artıq 8 yeni təsdiqlənmiş marşrut var. O, bunu hökumətin iclasında söyləyib:

Yay ​​mövsümünün açılışına qədər ondan çox yeni marşrut açacağımızı planlaşdırırıq. Rusiyanın “Azimut” aviaşirkəti Kaluqaya reys açır. Artıq 14 dekabrdan uçuşlara başlanılacaq”.

Tatevik Revazyanın dediyinə görə, “Ryanair” aviaşirkəti artıq dörd istiqaməti təsdiqləyib, amma daha üç marşrut xəttini əlavə etmək planlaşdırılır.

Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan isə əlavə edib ki, ölkədə turizm sektorunun inkişafı imkan verir ki, aviaşirkətlərlə əməkdaşlıq genişləndirilsin.

Nikol Paşinyan isə vurğulayıb ki, “bütün bunlar reallaşarsa, hava nəqliyyatı sahəsində bir inqilab baş verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*