Məşhur türk aktyoru Kıvanç Tatlıtuğun üçüncü dəfə koronavirusa yoluxduğu məlum olub.
KONKRET.az xəbər verir ki, daha əvvəl iki dəfə koronavirusa yoluxan aktyorun həftəsonu keçirdiyi testdən bir daha müsbət nəticə aldığı öyrənilib.
Tatlıtuğ özünü evdə ayrı otaqda təcrid edib və 3 gündən sonra testinin nəticəsi mənfi çıxıb.
Məşhur aktyorun sabahdan “Aile” serialının çəkiliş meydançasında işə başlayacağı öyrənilib.