Azərbaycan Ermənistanın hərbi cinayətlərinə görə yeni tələblərlə çıxış edir.
KONKRET.az xəbər verir ki, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan bu məsələni ciddi narahatlıqla gündəmə gətirib. Onun sözlərinə görə, azərbaycanlılar doğma saydıqları torpaqlara qayıtmaq üçün arzularını həyata keçirməkdə iddialıdır. “Azərbaycanın dövlət siyasəti ilə bağlı araşdırmalarımız yeni faktlar üzə çıxarıb. Xüsusilə, onlar artıq təfərrüatlı işlər həyata keçirirlər. Ermənistanın konkret kənd və ya şəhərlərinin adlarını dəyişdirirlər. Bu kənd və şəhərlərin ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğın nəticəsində viran qalması, eləcə də sakinlərin ermənilər tərəfindən didərgin salınması kimi dünyaya bəyan edirlər”.
Tatoyan qorxur ki, ilk baxışda humanitar məsələlər kimi görünən cəhdlər siyasi planlar üçün əsaslar yaradır.
Tatoyan haqlıdır. 30 il işğal altında qalan torpaqlarımızı daşı daş üstündə qoymayan ermənilər öz dədə-baba torpaqlarından qovduqları həmvətənlərimizə görə də cavab verməli olacaqlar.
Natiq Səlim,
KONKRET.az