Taxta bazarındakı yanğından geriyə qalanlar – FOTObackend

Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO

İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Konkret.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşları bu gün taxta bazarına baş çəkib, dəymiş ziyanla maraqlanıblar.

Əvvəlki görünüşündən əsər-əlamət qalmayan bazarda sahibkarlar yanmış mallarını təmizləyirdilər.

Sahibkar Orxan Abbasovun sözlərinə görə, yanğın onun obyektinin yaxınlığında başlayıb:

“Dəyəri 300 min manatdan artıq olan taxta yanıb. Hər şey göz qabağındadır”.

O.Abbasov kompensasiya ilə bağlı yardım ediləcəyinə ümid edir.

Yanğına elektrik xətlərindəki qısaqapanmanın səbəb olduğu deyilir.

Beləliklə, taxta bazarındakı yanğından geriyə qalanlar:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*