Taylandda eynicinslilərin nikahına icazə verən qanun qüvvəyə minib. Bu, Cənub-Şərqi Asiyada belə birliklərin rəsmi olaraq tanındığı ilk ölkədir.
KONKRET.az xəbər verir ki, qanunvericiliyə dəyişiklik edən müvafiq kral fərmanı 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də qüvvəyə minib. Bu qanun mülki məcəllənin həm nikah, həm də onun pozulması, habelə ər-arvadın ümumi əmlakına sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələrinə aid bir sıra dəyişiklikləri nəzərdə tutur. Qüvvədə olan normativ aktın mətnindəki “kişi” və “qadın” sözləri “bir tərəf” və “digər tərəf”lə əvəz olunub.
Vəli Həsənoğlu,
KONKRET.az