Dünyadakı dövlətlərin sayı çoxdur və onların əhalisinin isə fərqli həyat tərzi, adət-ənənəsi var. Ayrı-ayrı mədəniyyətləri özündə birləşdirən dünya ölkələrində yaşananlar digər cəmiyyətlər üçün qəbuledilməz olsa da bu, onların yaşam tərzidir. Cənub Şərqi Asiyada yerləşən Taylandın da adətləri dünya xalqları üçün yaddır və qəbuledilməzdir. Amma bütün hallarda taylar bu adətlərini yüz illərdir qoruyub-saxlayıblar.
Taylandın əhalisi 69 milyon nəfərə çatıb. Təxmini hesablamalara görə ölkədə lediboyların (cinsi azlıq) sayı təxminən 1,3 milyon nəfərdir. Yəni onlar ölkə sakinlərinin təxminən 2%-ini təşkil edir. Taylandda sırf iqtisadi səbəblərdən oğlanlar və qızlar Phuket və Pattaya kimi kurortlara axışırlar. Yerli kəndlilər oğullarının qız olmağa qərar verməsinə həddindən artıq kəskin reaksiya verirlər. Taylandda oğlanların lediboy olmasına səbəb əsasən, Cənub-Şərqi Asiyalıların orqanizmində testosteron hormonunun az olmasıdır.
Eyni zamanda, mətbəxlərində geniş yayılmış soya lobyaları artıq “qadın” hormonu estrogeninin istehsalına səbəb olur. Yəni, hormonal balanssızlıqdan əziyyət çəkən daha çox insan var. Bunun sayəsində bir çox oğlan özünü qız kimi hiss edir. Lediboyları qədim dövrlərdə “pişik” adlandırıblar. 1296-cı ildə Çin diplomatı Çjou Daquan yazırdı ki, bura ayaq basanda qadın qiyafəsində olan kişilərlə rastlaşıb, onu intim əlaqəyə cəlb etməyə çağırıblar. O, yerlilərin əlindən güclə canını qurtarıb.
Bəs 19-cu əsrdə necə idi?
Tarixən onlar məhəbbət kahinləri rolunu ifa edirdilər – o zaman onların başqa yolla qidalanmağa imkanları yox idi. Ancaq son vaxtlara qədər sayları azalmışdı. Ən cəsur kişi belə bütün həyatı boyu qadın kimi yaşamağa qərar verə bilər. Eyni zamanda, tayların yumşaq və kişisiz olduğunu birmənalı söyləmək də olmaz. Onların ölkəsi Cənub-Şərqi Asiyada heç kimin müstəmləkəsinə çevrilməyən yeganə ölkədir.
Lakin 1960-cı illərdə Vyetnam müharibəsi səbəbindən ölkədə məhbusların sayı kəskin artdı. Birləşmiş Ştatlar burada təxminən on il ərzində yüz minlərlə amerikalının keçdiyi hərbi baza saxladı. O zaman taylar çox mühafizəkar idilər. Və regionda avropalılardan müstəqilliyini qoruyub-saxlaya bilmiş yeganə ölkənin sakinləri olaraq, qadınlarının ağdərililərlə əlaqələrinə mənfi yanaşırdılar.
Elə buna görə idi ki, onların amerikalı müştərilərə xidmət göstərən qızları görməyə gözləri yox idi. Sonra “pişiklər” diqqəti cəlb etdi və dəniz piyadaları qız kimi maskalanmış yerli kişilərdən imtina etmədi.
Müharibə başa çatdıqdan sonra bir çox maraqlı insanlar bunu xatırlayaraq bu isti və qonaqpərvər ölkəyə tez-tez qayıtmağa başladılar. Beləliklə, Tayland tədricən əvvəlcə ümumamerikalı, sonra isə bu cür əyləncənin dünya paytaxtı oldu.
Yerli “üçüncü cinsin” nümayəndələrini qərbli şəkildə lediboylar adlandırmağa başladılar və onlar Tailand bayramının əsas hissəsinə çevrildilər. Yerli əhali bu iyrənc insanların əməllərindən gileylənsə də, sonra öyərənərək sakitləşdilər. Üstəlik, Taylandda turizm sahəsi büdcə gəlirlərinin 20%-dən çoxunu təşkil etdiyindən “pişiklərə yaşıl işıq” yandırıldı.
Buddizm, ümumiyyətlə, bu kimi məsələlərə az diqqət yetirir, buna görə də islam və xristianlıqdan fərqli olaraq buddizmdə ona qarşı heç bir ciddi qadağa nəzərdə tutulmayıb.
Adətə görə əvvəlki həyatında pis davranışı ilə seçilən qadın kişiyə çevrilir. Yad cisimdə yaşamaq isə onun üçün günahlarının cəzasıdır. Buna görə də onlarla kifayət qədər sakit, bəzən isə mərhəmətlə davranırlar.
Hazırladı: Vəli Həsənov,
KONKRET.az