AYNA tərəfindən Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir.
AYNA-dan KONKRET.az-a verilən məlumata görə, yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Tbilisi prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Çox gözəl! Gözümüz aydın! Yeni zolaq yaratmaq lazımdır, movcud zolağı zəbt etməklə problemlər yaratmaq lazım deyil