Gürcüstan hüquq-mühafizə orqanları Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 50 nəfəri saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumata görə, etirazçılar inzibati qaydada saxlanılıb. Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən artıqdır.