TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumatbackend

TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat

Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.

Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir.

Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*