Təbrizdə transseksual oğlunu öldürən ata azadlığa çıxdıbackend

Təbrizdə transseksual oğlunu öldürən ata azadlığa çıxdı

Bu ilin əvvəlində Təbriz şəhərində 17 yaşlı Parsa adlı transseksual oğlunu qətlə yetirən ata 6 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, daha öncə təqsirkar Təbriz Cəza Məhkəməsi tərəfindən üç il müddətinə həbs cəzasına məhkum edilib, daha sonra hakim onun cəzasını bir ilə, ardından isə 6 aya endirib.

Xatırladaq ki, o, 17 yaşlı övladının qadın kimi geyindiyi və bəzəndiyi üçün, habelə öz həmcinsi ilə münasibətdə olması ilə bağlı şübhələrinə görə öldürüb. Qətl hadisəsindən sonra ata polisə təslim olub və bildirib ki, utandığından yaxınları və tanışlarının arasına çıxa bilmirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*