TƏCİLİ: 45 Çin təyyarəsi və 9 gəmi Tayvana yaxınlaşırbackend

TƏCİLİ: 45 Çin təyyarəsi və 9 gəmi Tayvana yaxınlaşır

Tayvan hərbçiləri adaya yaxınlaşan Çin ordusunun 45 təyyarəsi və 9 gəmisini qeydə alıb.

KONKRET.az xəbər verir ki, bunlardan 27 təyyarə Tayvan boğazının “orta xətt” adlanan hissəsindən keçərək ölkənin hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub. Bunlar SU-30 qırıcıları, Y-9 nəqliyyat təyyarələri, Z-9 çoxməqsədli helikopter, J-10 və J-11 qırıcılarıdır.

Avqustun 19-da Çin ordusu “separatçılarla xarici qüvvələr arasında sövdələşmə ehtimalına ciddi xəbərdarlıq olaraq” Tayvan ətrafında təlimlərə başlayıb. Səbəb adanın prezidentliyə namizədi, vitse-prezident Lai Qingdenin Paraqvaya səfəri zamanı verdiyi açıqlama olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*