TƏCİLİ: Azərbaycanda dizel bahalaşacaq, benzin isə…backend

TƏCİLİ: Azərbaycanda dizel bahalaşacaq, benzin isə...

Dünya bazarında neftin qiyməti bahalaşıb. Bəs, neftin qiyməti artdıqda, dizel və benzinin qiyməti adətən necə dəyişir?

Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftin günlük və ya həftəlik dəyişməsi heç bir ciddi mənada qiymət formalaşmasına təsir etmir.

Ekspertin sözlərinə görə, neft qiymətləri əsasən aylıq, rüblük, yarımillik və illik dinamika əsasında qiymətləndirilir. Məhz həmin uzunmüddətli tendensiyalar bazar iqtisadiyyatı ilə idarə olunan ölkələrdə yanacaq qiymətlərinə təsir göstərir.

“Azərbaycan kontekstində vəziyyət fərqlidir. Yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənir və Tarif Şurasının səlahiyyətindədir. İstənilən an qiymət artımı mümkündür. Məsələn, ölkədə AI-92 benzininin qiyməti 1 manat 10 qəpik, dizel isə 1 manatdır. Bu qiymətlər müəyyən olunanda neftin qiyməti 82 dollar idi. Hazırda neft 62–63 dollar olsa da, yanacaqda heç bir dəyişiklik baş vermədi”, – deyə Natiq Cəfərli vurğulayıb.

Natiq Cəfərli: “Fərid müəllim, bir məktəbli startapa 1,5 milyon dollar cəlb  edib, fərqi görürsünüz?” Pravda.az

Ekspert əlavə edib ki, Azərbaycanda neftin dünya bazarındakı qiymət dəyişikliyi yanacaq tariflərinə birbaşa təsir göstərmir və mövcud sistemdə qiymət siyasəti hökumətin qərarlarından asılı olaraq formalaşır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*