TƏCİLİ: Bu ölkə İrana müharibə ELAN ETDİbackend

TƏCİLİ: Bu ölkə İrana müharibə ELAN ETDİ

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazının açılması məqsədilə mümkün hərbi əməliyyata qoşulmağa hazır olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, bu addım BƏƏ-ni Fars körfəzi ölkələri arasında münaqişənin güc yolu ilə həllini açıq şəkildə dəstəkləyən ilk dövlətə çevirə bilər.

Məlumata əsasən, BƏƏ diplomatları ABŞ-a, eləcə də Avropa və Asiyanın hərbi güclərinə müraciət edərək, Hörmüz boğazının blokadadan çıxarılması üçün beynəlxalq koalisiyanın yaradılmasını təklif ediblər.

Bildirilir ki, İran mart ayının əvvəlindən etibarən bu strateji əhəmiyyətli su yolunu faktiki olaraq bağlayıb.

Mənbələrin sözlərinə görə, BƏƏ ABŞ-a boğazda yerləşən bəzi mühüm adaların, o cümlədən hazırda İranın nəzarətində olan və Əmirliklərin də iddia etdiyi Əbu Musa adasının ələ keçirilməsi təklifini də irəli sürüb.

Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada yaranan gərginlik beynəlxalq bazarlara ciddi təsir göstərə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*