SON DƏQİQƏ: İran hava məkanını bağladı – ABŞ-a cavab zərbələri endiriləcəkbackend

SON DƏQİQƏ: İran hava məkanını bağladı - ABŞ-a cavab zərbələri endiriləcək

İran Fars körfəzində genişmiqyaslı hərbi təlimlərə başlayıb

İranda gərginlik artmaqdadır. Ölkənin Fars körfəzi bölgəsində partlayış səslərinin eşidildiyi bildirilir. İran Silahlı Qüvvələri canlı döyüş atışları ilə müşayiət olunan genişmiqyaslı hərbi təlimlərə start verib.

Təlimlər səbəbilə körfəzin akvatoriyasının və hava məkanının bir hissəsi müvəqqəti olaraq bağlanıb.

KONKRET.az xəbər verir ki, təlimlər çərçivəsində ABŞ hərbi gəmilərinə, o cümlədən USS Abraham Lincoln adlı nüvə aviadaşıyıcısına qarşı mümkün asimmetrik cavab zərbələrinin ssenariləri məşq edilir.

Məlumata görə, manevrlər regionda artan hərbi-siyasi gərginlik fonunda keçirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*