İranın Şiraz şəhərində SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus raket bazasında güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, partlayış hadisəsi ərazidə naməlum pilotsuz uçuş aparatlarının müşahidə olunduğu vaxtla üst-üstə düşüb. Hazırda baş verənlərin təfərrüatları və səbəbləri araşdırılır.
Partlayış nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik rəsmi açıqlama verilməyib. İran hakimiyyəti hadisə ilə bağlı susqunluğunu qoruyur.
Natiq Səlim,
KONKRET.az