İsrail Müdafiə Ordusu (SAXAL) İranın ballistik raketinin Dimona şəhərinə düşməsi ilə əlaqədar Daxili Qoşunlar Komandanlığının axtarış-xilasetmə bölmələrini əraziyə göndərib.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 20-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında 10 yaşlı uşaq və 40 yaşlı qadın da var. Tibbi mənbələrin ilkin məlumatına görə, onların vəziyyəti orta-ağır olsa da, İsrailin “Soroka” tibb mərkəzi 10 yaşlı uşağın vəziyyətinin son dərəcə ağır olduğunu açıqlayıb.
Qeyd edək ki, Dimona şəhəri yaxınlığında İsrailin nüvə silahı hazırladığı iddia edilən strateji nüvə reaktoru və Nüvə Tədqiqatları Mərkəzi yerləşir. Raket zərbəsinin məhz bu həssas bölgəyə yaxın əraziyə düşməsi regionda gərginliyi pik həddə çatdırıb. Hazırda xilasedicilər dağıntılar altında qalanların olması ehtimalını araşdırır.
Natiq Səlim,
KONKRET.az
