TƏCİLİ: İraq hərəkətə keçdi: PKK və YPG Suriya sərhədindən çıxarıldıbackend

TƏCİLİ: İraq hərəkətə keçdi: PKK və YPG Suriya sərhədindən çıxarıldı

Terror təşkilatı PKK/YPG üçün vəziyyət xeyli dərəcədə gərginləşib.

KONKRET.az xəbər verir ki, İraq Sərhəd Qüvvələrinin Komandanlığı terrorçuları Suriya sərhədindəki bölgədən uzaqlaşdırıb.

İraq Sərhəd Qoşunları Komandanlığından verilən məlumata görə, İraqın Mosul şəhərindəki 12-ci Sərhəd Briqadasının 2-ci Batalyon bölgəsindəki məntəqədə yerləşdirilən terrorçular sözügedən ərazidən çıxarılıb.

Bildirilir ki, İraq-Suriya sərhəd xəttində beton divar tikintisi işlərinin başa çatdırılması üçün bölgə boşaldılıb. Divarın sərhəd təhlükəsizliyini artırmaq üçün inşa edildiyi vurğulanıb.

Qeyd edək ki, İraq ordusu Əsəd rejiminin devrilməsindən sonra Suriya sərhəddinə qoşunlarını gücləndirərək bölgədəki terror təşkilatlarının yenidən strukturlaşmasının qarşısını almağa çalışır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*