TƏCİLİ! İsrail İrana yeni zərbə endirməyə hazırlaşırbackend

TƏCİLİ! İsrail İrana yeni zərbə endirməyə hazırlaşır

İsrail hökuməti İranın nüvə proqramını bərpa edəcəyi təqdirdə, bu ölkəyə qarşı yeni hərbi zərbə endirməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Tramp müəyyən şərtlər daxilində bu cür hücumlara yaşıl işıq yandıra bilər. Belə şərtlərə, məsələn, İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki zədələnmiş obyektlərdən zənginləşdirilmiş uranı çıxarması və ya bu obyektlərin yenidən fəaliyyətə başlaması daxildir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*