SON DƏQİQƏ: Krım körpüsü BELƏ VURULDU – VİDEObackend

SON DƏQİQƏ: Krım körpüsü BELƏ VURULDU – VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bu gün səhər saatlarında Krım körpüsünə qarşı həyata keçirdiyi yeni əməliyyat barədə məlumat yayıb. Bildirilir ki, saat 04:44-də körpünün sualtı dayaqlarında partlayış törədilib.

KONKRET.az xəbər verir ki, partlayıcı maddənin gücü 1100 kiloqram trotil ekvivalentində olub.

Əldə edilən məlumatlara görə, körpünün sualtı hissəsi ciddi zədələnib və hazırda obyekt qəza vəziyyətindədir.

SBU-nun bəyanatında qeyd edilir ki, əməliyyat bir neçə ay ərzində gizli şəkildə hazırlanıb və həyata keçirilib. Hadisə nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb.

Təhlükəsizlik xidmətinin rəhbəri Vasıl Malyuk məsələyə münasibət bildirərək vurğulayıb:

“Krım körpüsü legitim hərbi hədəfdir. Çünki işğalçı bu körpüdən hərbi təchizat üçün istifadə edir. Krım Ukraynanın ayrılmaz hissəsidir və işğalçılığa qarşı cavabımız qəti olacaq.”


Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*