Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, bu gün hökumətdən “hərbi səfərbərlik” tələb olunur.
KONKRET.az xəbər verir ki, bu barədə “Pool of the First” Teleqram kanalı məlumat yayıb.
“Biz təkcə müharibə və hərbi əməliyyatlar zamanı deyil, həm də sülh dövründə səfərbər olmalıyıq. Nəzərə alın ki, biz çox çətin sülh dövründə, hərbi səfərbərliyə ehtiyac duyulan bir vaxtda yaşayırıq. Cari və sonrakı illər çətin olacaq, təzyiqlər və tələblər daha da artacaq. Hhərbi səfərbərlik təkcə diplomatik nümayəndəliklərin rəhbərlərinə deyil, bütün hökumətə aiddir. İqtisadiyyatı saxlamaq lazımdır”, – Belarus lideri vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az