TƏCİLİ: Mahaçqalada atışma gedir – VİDEObackend

TƏCİLİ: Mahaçqalada atışma gedir - VİDEO

Hazırda Mahaçqalada atışma gedir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Paylaşılan videoda bildirilir ki, şəhərin Lenin və Korkmasov küçələrində atışma səsləri eşidilir.

Təhlükəsizlik qüvvələri Universitet meydanını mühasirəyə alıb. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilir.

Atışma səbəbindən polis yoldan keçənlərdən evlərinə getməyi və ya sığınacaq tapmağı xahiş edir.

Qeyd edək ki, 23 iyunda mahaçqala və Dərbənddə terakt törədilmişdi. Nəticədə ən azı 16 polis, 5 mülki şəxs ölmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*