“Naməlum şəxslər Ermənistan parlamentinin iclas zalına daxil olaraq deputatlara hücum ediblər”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Kristine Vardanyan canlı efirdə deyib.
O bildirib ki, Artur Sarkisyan parlamentin iclas zalını tərk etdikdən sonra naməlum şəxslər zala daxil olaraq deputatlara hücum ediblər. Bunu
Videoda hakim “Mülki Müqavilə” partiyasının nümayəndələrindən birinin hücum edənlərin onların köməkçiləri olduğunu deməsi eşidilir.
Müşviq Tofiqoğlu
KONKRET.az