“Təcili olaraq Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir” – Millət vəkilibackend

“Təcili olaraq Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir” – Millət vəkili

Qarşıdan növbəti şənbə və bazar günü gəlir. Bir çox insanımız üçün bu işgəncə və azar günləridir. Operativ Qərargah hələ də inadından dönmək istəmir. Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar düşəcəklər taksi axtarışına.

Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Fazil Mustafa səsləndirib: “Pulu olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın. İnsanlarımız həm maddi, həm də mənəvi sıxıntını yaşayacaqlar. Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdədir, iş yerlərinə də elə bir axın yoxdur. Heç kim də əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azalır ya yox. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma risqini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu da profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir, əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz”.

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd  deyil” - Modern.Az Azərbaycan və dünya xəbərləri

Millət vəkili əlavə edib ki, məsələyə öz komfortundan yanaşanlar anlamalıdırlar ki, bu qərarla eyni vaxtda şəhər ətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da bir pensiyaçı, bir əlil boğazından kəsdiyi pulu taksi sürücüsünə verməyə məhkum olur. Fikrimcə təcili olaraq bu qərara baxılmalı, Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir.

şviq Tofiqoğlu

KONKRET.az

  • Samira
    Avqust 6, 2021 - 13:36

    Tamamilə haqlıdır Fazil bəy.Sizcə də qəribə deyilmi? Şənbə bazar günləri avtobusun işləməməyinin məntiqli bir səbəbi varmı? Xeyr yoxdur.Hər vətəndaşın taksiyə verəcək qədər büdcəsi bol deyil.Bu nəzərə alınmalıdır.VƏ ŞƏNBƏ BAZAR BƏZİ NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİNƏ İCAZƏ VERİLSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*