“Qarabağdan qaçan separatçılar Ermənistanda terrorçu kimi həbs ediləcək”.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində aparılan müzakirələrdə irəli sürülən ehtimallar diqqəti cəlb edib. Həmin məlumatları şərh edən teleqram kanallarından biri isə daha dəqiq detallara varıb.
Belə ki, gözlənilir ki, ictimai rəyi formalaşdırmaq üçün Nikol Paşinyanın tərəfdarları Arman Babacanyan, Aram Zaveniç və Soros şəbəkəsi, eləcə də ABŞ səfirliyinin digər agentləri fəallaşacaq.
Ermənilər elə belə də yazır: “Tezliklə Qarabağdan gələn siyasətçiləri terrorçu damğası ilə həbs edəcəklər. Səbəb isə onların müqəddəs Nikolun həyatını təhdid etməsidir”.
Natiq Səlim,
KONKRET.az