TƏCİLİ: Pezeşkian ABŞ vətəndaşlarına MÜRACİƏT ETDİ: Görün nələr dedi…backend

TƏCİLİ: Pezeşkian ABŞ vətəndaşlarına MÜRACİƏT ETDİ: Görün nələr dedi...

İran Prezidenti Məsud Pezeşkian nadir addım ataraq birbaşa ABŞ vətəndaşlarına müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg аgentliyi məlumat yayıb.

Geniş məktubunda Pezeşkian bildirib ki, İranın nə ABŞ-a, nə də qonşu ölkələrə qarşı düşmən münasibəti yoxdur və Tehran hazırkı münaqişə şəraitində yalnız özünü müdafiə məqsədilə hərəkət edir.

O, həmçinin vurğulayıb ki, İran “müasir tarixində heç vaxt aqressiya yolunu seçməyib”. Lakin аgentliyin qeydinə görə, regionda mütəmadi zərbələrə məruz qalan ölkələr bu fikirlə razılaşmaya bilər.

Məqalədə bildirilir ki, İran liderinin bu müraciəti Tehranın strategiyasının bir hissəsidir. Məqsəd ABŞ ictimai rəyinə təsir göstərərək Prezident Donald Trampa təzyiqi artırmaq və hərbi əməliyyatların dayandırılmasına nail olmaqdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*