TƏCİLİ: Putin ölkə əhalisinə müraciət edəcəkbackend

TƏCİLİ: Putin ölkə əhalisinə müraciət edəcək

Rusiya prezidenti Vladimir Putin martın 25-də koronavirusla bağlı vəziyyətə görə əhaliyə müraciət edəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi Putinin mətbuat katibi Dmitri Peskova istinadən yayıb.

Mənbə bildirir ki, müraciətin yaxın saatlarda televiziyada göstəriləcəyi bildirilib.

Rusiyada koronavirus xəstələrinin sayı son bir gündə 163 nəfər artaraq 55 bölgədə 658 nəfərə çatıb. Bunlardan 29-u sağalıb.

Moskvada 410 nəfər koronavirusa yoluxub.

Ölkədə koronavirus səbəbindən ölüm halları hələ qeydə alınmayıb.

79 yaşlı bir qadın xroniki xəstəlikdən ölüb. Analizlər göstərib ki, onun ölümünün səbəbi koronavirusun yaratdığı sətəlcəm deyil, qan laxtasıdır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*