Rusiya ordusu Ukraynanın Sumı vilayətində yerləşən Veselovka–Juravka–Novenkoe–Basovka xəttində möhkəmlənməyə nail olub. Bu barədə Ukrayna monitorinq qrupu DeepState məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Ukrayna qüvvələrinin Kursk vilayətindən çıxmasından sonra Rusiya hərbi birləşmələri Novenkoe kəndi vasitəsilə Sumı istiqamətində hücuma keçiblər. Dron zərbələrinə və müqavimətə baxmayaraq, ruslar Juravka ilə Novenkoe arasında zəif nöqtə taparaq, piyada və kvadrotsikllərlə irəliləyiblər.
Hazırda Rusiya ordusu Belovody və Lokni istiqamətində təzyiqləri artırır, bu bölgələrdə şiddətli döyüşlər davam edir. Hərbi məqsəd – təhlükəsizlik məqsədilə “bufer zona” yaratmaqdır.
Natiq Səlim,
KONKRET.az