Rusiyanın çevik polisi oliqarx İsgəndər Xəlilovun oğlunun ofisinə basqın edib.
KONKRET.az xəbər verir ki, hazırda Rusiyanın neft məhsulları daşıyan “Railgo” şirkətində axtarışlar aparılır.
Rusiya ictimaiyyətinin məlumatına görə, xüsusi təyinatlılar və müstəntiqlər Lujnikidəki ofisə basqın ediblər.
Onlar ofis sənədlərini müsadirə ediblər və işçilərin ofisdən çıxmasına imkan verməyiblər.
“Railgo” azərbaycanlı biznesmen Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur.
Rəhman Xəlilov azərbaycanlı əsilli rusiyalı oliqarx İsgəndər Xəlilovun oğludur.
Müşviq Tofiqoğlu
KONKRET.az