Qarabağ erməniləri azərbaycanlıların Laçın dəhlizindən çıxarılmasını tələb edərək Rusiya sülhməramlılarının yanına gedirlər
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Xankəndidə etiraz aksiyası başlayıb.
Etiraz aksiyasının təşəbbüskarlarından biri Tiqran Petrosyan bildirib ki, etirazçılar azərbaycanlıları Laçın dəhlizindən çıxarmaq tələbi ilə Xankənidi-Şuşa yolunda dislokasiya olunmuş Rusiya sülhməramlı qoşunlarının nəzarət-buraxılış məntəqəsinə gedirlər.
“Niyə sülhməramlıların yanına? Çünki noyabrın 9-da imzalanmış üçtərəfli bəyanat var ki, ona görə tərəflərin açıq-aşkar öhdəlikləri var. Bu gün hər iki tərəfin öz öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirə bilməyəcəyi açıq şəkildə görünür. Azərbaycan bəyanatın altıncı müddəasını pozur və Rusiya Laçın dəhlizinin təhlükəsizlik zəmanətləri ilə bağlı öz üzərinə öhdəlik götürüb ki, bunu təmin etmir və ya təmin edə bilməz”, – Petrosyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az