Bu dəqiqələrdə Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində güclü yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, hadisə barədə ərazidə yaşayan sakinlər məlumat veriblər.
Şahidlərin sözlərinə görə, yanğın binanın blok hissəsində başlayıb. Alovun sürətlə yayılması nəticəsində aşağı mərtəbələrdə yaşayan bəzi sakinlər təhlükədən qurtulmaq üçün balkonlardan atlamağa məcbur olublar.
Qeyd edilib ki, bir neçə sakin tüstüdən zəhərlənib. Onlar təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi və insanların təxliyəsi istiqamətində operativ tədbirlər görülür.
KONKRET.az